"Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq" - Qənirə Paşayeva

"Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq" - Qənirə Paşayeva
  • Siyasət

  • "Mədəniyyət paytaxtımız olan əziz Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən, erməni barbarlığının bariz nümunəsi olan bir çox dağıdılmış abidələrimizi, zamanında dövlət qoruması altında olmuş evləri, mülkləri ziyarət etdik. İşğalçı Ermənistan vandalizminin dəhşətləri Şuşanın hər tərəfində görünürdü".

    Asiya.az
    xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Şuşada Vaqif Poeziya Günlərində iştirakı zamanı gördüklərini dilə gətirərkən deyib: "Ali Baş Komandanımızın rəhbərliyi, Ordumuzun unikal hərbi əməliyyatı ilə işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. İnanırıq ki, Şuşada bütün abidələr sırası ilə təmir-bərpa edilərək, Şuşaya gələn ziyarətçilərin üzünə açılacaq.

    İşğalçı Ermənistan dövlətinin vandalizminin, erməni barbarlığının izlərini aradan qaldırmaqla yanaşı, onların bir bölümü gələcək nəsillərin görməsi üçün saxlanılacaqdır.

    Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız bütün dünyada ən gözəl şəhərlərdən, abad mədəniyyət paytaxtlarından biri kimi tanınacaq; amma bizim görəcəyimiz çox iş var: erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıyıq. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq".

    #Azərbaycan #Azerbaijan #Qarabağ #Kharabagh #Şuşa #Shusha #AddımAddımŞuşa
    PAYLAŞ:

    Oxşar xəbərlər