Prezident onları “Şöhrət” ordeni ilə təltif etdi

Prezident onları  “Şöhrət” ordeni ilə təltif etdi
  • Siyasət

  • Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

    Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, F.Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.

    ***

    Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif edib.

    Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.

    Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Qeyd edək ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. O,1991-1995-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifələrində çalışıb. 1995-2001-ci illərdə isə Azərbaycan Milli Bankında departament direktoru, baş direktor olub. Daha sonra 2001-2006-cı illərdə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli sərəncamı ilə maliyyə naziri təyin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər