Masallı meşələrində korrupsiya faktı - VİDEO

Masallı meşələrində korrupsiya faktı - VİDEO
  • Sosial, Araşdırma

  • Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verən korrupsiya faktları növbəti dəfə ifşa olunmağa başlayıb.

    Mərkəzin işçilərinin və yerli sakinlərin şikayətlərindən məlum olur ki, yerli ekologiya idarəsi saxta rəqəmlərlə dövləti aldadaraq büdcə vəsaitlərini mənimsəməkdədir. Belə ki, sentyabrın 4-də bir qrup yerli sakin və Masallı Regional Meşə Təsəssüfatı Mərkəzinin işçisi Kərəm Ağayevin şikayəti əsasında “Ecofront” ictimai birliyi Masallı və Cəlilabad rayonları ərazisində bu ilin mart ayında salınan bir neçə meşəbağı ilə tanış olub. İctimai birlikdən bildirilib ki, vəziyyət çox acınacaqlıdır. Meşə bərpa məqsədilə salınan hektarla bağlar mal-qaranın tapdağı altındadır. Buna görə, orada əkilən ağacların çox hissəsi quruyub:

    “Fikirləşin hər ilə bu ağacların əkilməsi üçün nə qədər vəsait ayrılır. Biabırçılıqdır.


    Mart ayında olan ağac əkmə tədbirləri zamanı ölkənin bir çox bölgəsində 10 minlərlə ağac əkilib və toxum səpilib, ancaq sonradan həmin ərazilər nəzarətsiz buraxıldığına görə o vəziyyətdədir. Biz təklif edirik və indiyə qədər onu təklif etmişik ki, həmin ağac əkmə tədbirlərinə ayrılan milyonlarla manat vəsait meşələrin mühafizəsinə sərf olunsun. Çünki biz hələ əlimizdə olan meşəlikləri qoruya bilmirik.

    Bundan başqa 2016-cı ildə salınmış toplam 138 hektar əkin və səpin ərazisindən də əsər əlamət yoxdur. Bu qədər vaxt ərzində “naryad” yazılıb pul silinib bu yerlər üçün, indi isə meşənin yaşıl yerindən onun bunun bağından şəkil çəkib rəsmiləşdirirlər”.


    Bu arada məlum olub ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin “meşə uçotu və kadastrı üzrə baş mühəndisi Kərəm Ağayev qurumda baş verən korrupsiya hallarının qarşısını almağa çalışdığı üçün təzyiqlərə məruz qalmaqdadır. Mərkəz rəhbərliyi saxta sənədləri tərtib etməkdən imtina edən Kərəm Ağayevin işdən çıxarılmasına çalışır. Kərəm Ağayevin AzToday.az-a verdiyi məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verən qanunsuzluqlar barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə də müraciət edib.

    Kərəm Ağayevin nazirə yazdığı müraciəti təqdim edirik:

    “Hörmətli cənab Nazir!

    Yazıb Sizə bildirirəm ki, mən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində “meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsində çalışıram. Ali təhsill, ixtisaslı kadram. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində qanunsuz və saxta işlər baş alıb gedir. 29.07.2021-ci il Mərkəzin müavini Faiq Əmişov tərəfindən mənə ” sənin 3 saat vaxtın var və bu 3 saat vaxta ərzində Mərkəzin payız əkin hazırlığına olan əkinlərin sxem və koordinatları hazırla ki, biz ona ETSN-nə verək (nazirlik istəyir). Mən isə ona ” Mənə texnika ilə təmin edin ki, mən hara lazımdır ora gedib tapşırılan işləri görüm”. O “Bu gün ki, gün bizim səni gəzdirməyə maşınımız yoxdur və istəsən sən o tapşırılan əkin yerlərin idarədə oturaraq xəritə üzərinə gətirib sxem və koordinatları çıxarda bilərsən”. Mən ” Mən, bu işi neçə bu cür edə bilərəm?! bu ki, saxtakarlıq olar. Ərazilər yerində baxılıb vurulmalıdır”. Mən həmin an dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” qaynar xəttinə zəng vurub, yuxarıda yazdıqlarımı olduğu kimi söylədim.

    Mərkəzin direktoru Adəm İsmiyev elə ki, xəbər tutub mən bu barədə şikayət vermişəm və dərhal mənim iştirakım və xəbərim olmadan həmkarlar təşkilatının iclasını təşkil edib, məndən Meşələrin İnkişafı Xidmətinə qeyri-qanuni “təqdimat” yollayıb. Hansı ki, bu təqdimatdan heç mənim xəbərim də olmayıb. 03.09.2021-ci il tarixdə mənə deyildi ki, sənə töhmət verilib. Və məni töhmətlə tanış etdilər. Amma qeyri-qanuni verilən töhmətin bir surətini mənə vermirlər. Məni Ekologiya və TSN-nin “168” qaynar xəttinə etdiyim şikayət bu günə kimi nə baxılıb nə də ki, araşdırılmayıb. Artıq “168” qaynar xəttinə zəng vurmağımın üstündən bir ay keçir. Adəm İsmiyev mənə nəyə görə töhmət verib, onu açıqlamır və verilən törmətin bir surətini mənə vermir…”.

    Göründüyü kimi, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində yaşanan özbaşınalıqlara və korrupsiya faktlarına hələlik “Dur” deyən tapılmır…
    PAYLAŞ:

    Oxşar xəbərlər