Masallıda 53 yaşlı kişi özünü su quyusuna ataraq intihar etdi - VİDEO

Masallıda 53 yaşlı kişi özünü su quyusuna ataraq intihar etdi - VİDEO
  • Manşet / Olay

  • Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində bir nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.

    Asiya TV
    xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-in ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər