Masallıda uşaq bağçalarının tikintisi davam edir - VİDEO

Masallıda uşaq bağçalarının tikintisi davam edir - VİDEO
  • Sosial / Manşet

  • Masallı şəhər Qarabağ küçəsində 140 yerlik və rayonunun Ərkivan qəsəbəsində 100 yerlik uşaq-tərbiyə müəssisələrinin təməli cari ilin may ayında qoyulub.

    Asiya TV
    xəbər verir ki, tikinti obyektində inşaatçılar işlərini günün tələbləri səviyyəsində yerinə yetirir, uşaq bağçasının tikintisini gündən-günə sürətləndirirlər.

    İkimərtəbəli, yaraşıqlı bağçalarda uşaqların əylənməsi üçün hər cür şərait yaradılacaqdır.

    Qeyd edək ki, hər iki uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilir. Qarabağ küçəsində inşa edilən bağça gənc iş adamı Məntiq Şahbazovun, Ərkivan qəsəbəsində tikilən uşaq baxçası isə tanınmış xeyriyyəçilər - Qalib Məmmədov və Qasıməli Qasımov tərəfindən inşa olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər