YPX avtomobili piyadanı vuraraq öldürdü - VİDEO

YPX avtomobili piyadanı vuraraq öldürdü - VİDEO
  • Manşet, Olay

  • Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

    Asiya TV
    xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

    1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-Ye Pe-358 dövlət nişanlı "Be eM ve” markalı avtomobil vurub. Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.

    Faktla bağlı cinayət işi başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər