Bu ölkə sosial məsafəni ləğv edir – Yerinə disko və barları açır

Bu ölkə sosial məsafəni ləğv edir – Yerinə disko və barları açır
  • Dünya

  • Hollandiyada bəzi məhdudiyyətlər ləğv edilir.

    Asiya.az
    xəbər verir ki, Hollandiyada hökumət yeni növ koronavirus ilə mübarizə çərçivəsində bəzi məhdudiyyətləri ləğv edir.

    Yeni qərara əsasən bu ölkədə epidemiyanın başlanğıcından tətbiq olunan sosial məsafə qaydası 25 sentyabrdan etibarən ləğv ediləcək.

    Müvəqqəti hökumətin Baş naziri Mark Rutte və Səhiyyə naziri Uqo de Jonge mətbuat konfransında, sosial məsafə qaydası da daxil olmaqla bir sıra məhdudiyyətlərin 25 sentyabrdan sonra tətbiq olunmayacağını bildiriblər.

    Açıqlamada bildirilib ki, COVİD-19 peyvəndi almış, testi mənfi olan və ya əvvəllər xəstəliyi olanlar yaradılan imkanlardan faydalana bilərlər.

    Yeni qərara əsasən Hollandiyada uzun müddət bağlı qalan disko və barlar açılacaq. Kafe və restoranlar gecə yarısına qədər açıq qalacaq. Orta məktəblərdə, liseylərdə və kolleclərdə maska taxmaq öhdəliyi qaldırılacaq.

    İctimai nəqliyyatda və hava limanlarında maska qaydası davam etsə də, stansiyalarda maska taxmaq məcburiyyəti aradan qaldırılacaq.

    Qeyd edək ki, Hollandiyanın səhiyyə naziri De Jonge, ölkədə 81.7 % -ə yaxın insanın ən az bir doza peyvənd vurdurduğunu açıqlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər