Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR

Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
  • Sosial / Araşdırma

  • Masallı rayonunun şəhidlərin xatirəsinə inşa edilən üç abidə kompleksinin açılışı olub.

    Asiya TV
    xəbər verir ki, hər üç tədbirə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları – Anar İsgəndərovMəşhur Məmmədov, Hüquq Mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, digər yerlərdən gələn qonaqlar, həmçinin media nümayəndələri qatılıblar.

    İlk mərasim rayonunun Bambaşı kənd izibati ərazi dairəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən oğullarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı ilə başladı.
    Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, abidə kompleksinin önünə əklillər və gül dəstələri düzüldü.

    Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıb. Məhz 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
    İcra başçısı Bambaşı kəndində abidənin inşasında əməyi keçən hər kəsə, o cümlədən kənd fəallarına, şəxsən bu abidə kompleksini ərsəyə gətirən Aprel döyüşləri iştirakçısı və İkinci Qarabağ müharibəsi şəhidi, “Vətən uğrunda” medallı Elmir Akifzadənin atası Gündüzə öz təşəkkürünü bildirib.

    Tədbirdə çıxış edən Milli Məclisin deputatları - Professor Anar İsgəndərov Məşhur Məmmədov, veteran müəllim Əliəşrəf Zeynalov, şəhid Elmir Akifzadənin nənəsi Gülafərin xanım, Ağcabədi rayonunun Avşar kəndindən gələn, şəhid əsgər Elmir Akifzadə ilə bir yerdə döyüşən, İkinci Qarabağ müharibəsi şəhidi Azad Tapdıqovn atası Azər Tapdıqov və başqaları Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR

    Sonra Masallı rayonu Mahmudavar kəndində 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan “Şəhidlər abidəsi”-nin açılışı oldu.

    Asiya TV
    xəbər verir ki, tədbir iştirakçıları şəhidlər abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzdülər.

    Tədbirdə çıxış edən Rayon İcra başçısı, Milli Məclisin deputatları, şəhid ailələri - Famil Məmmədov Akif Qasımov, Mahmudavar kənd ümumi orta məktəbinin müəllimi Elşad Nəsirov, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva və başqaları Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən geniş danışıblar.

    Qeyd edək ki, yaraşıqlı, zövqlə, ürəklə ucaldılmış və bu kənddən olan 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin adları, soyadları, atalarının adları yazılmış və şəkilləri təsvir olunmuş “Şəhidlər abidəsi”-nin ərsəyə gəlməsində Rusiya Federasiyası Sankt-Peterburq şəhərində yaşayan sahibkar, əslən mahmudavarlı Əliabbas Kərəm oğlu Nəsirov və kənd sakini Maarif Seyfulla oğlu Nəbiyevin xüsusi əməyi var.

    Anım mərasimində Mahmudavar kənd uşaq bağçasının balaca fidanlarının ifasında Vətənə məhəbbət hissilə yoğrulmuş poeziya buketi təqdim olunub.
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR


    Daha sonra Masallı rayonunun Sərçuvar kənd izibati ərazi dairəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.

    Asiya TV
    xəbər verir ki, kompleksdə Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan, Sərçuvar kəndindən olan qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.
    Tədbir iştirakçıları Vətən oğullarının şəkilləri olan abidə-bulaq kompleksini ziyarət edib, üzərinə qərənfillər düzərək onların ruhuna dualar oxuyublar.
    Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları - Məşhur Məmmədov və Professor Anar İsgəndərov, şəhid atası Vahid İsgəndərov, Sərçuvar kənd tam orta məktəbinin direktoru Zahid Məmmədov və başqaları tədbirdə çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, bu kənddən olan şəhidlərin-Birinci Qarabağ müharibəsinin şəhidi, Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürən, 1992-ci ilin 16 fevralında son döyüşü olan Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Səfəralı Məmmədov, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra üç medalla - "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Səməndər Vahid oğlu İsgəndərovun və kənddəki başqa şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
    Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına minnətdarlıq bildirib.
    Tədbirdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    Masallıda şəhidlərin xatirəsinə ucaldılmış abidələrin açılışı oldu - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər