Yardımlıda yeni inşa olunan məktəbin açılışı oldu - FOTO

Yardımlıda yeni inşa olunan məktəbin açılışı oldu - FOTO
  • Sosial

  • Yardımlı şəhər 4 nömrəli tam orta məktəbin yeni inşa olunmuş 180 şagird yerlik binasının açılış mərasimi keçirilib.

    Asiya.az
    xəbər verir ki, açılış mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Təhsil institutunun direktoru Rüfət Əzizov, Yardımlı RTŞ-nin müdiri Manaf Səmədzadə və 14 saylı ƏMHM-nin rəisi Ehtiram Muxtarov iştirak ediblər.

    Öncə məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, başçı və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, məktəb 180 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət olan məktəbdə 10 sinif otağı ilə yanaşı 2 laboratoriya, 4 fənn kabineti, 72 yerlik akt zalı, idman zalı, idman meydançası, kitabxana, tibb otağı və bufet vardır.

    Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.
    Yardımlıda yeni inşa olunan məktəbin açılışı oldu - FOTO
    Yardımlıda yeni inşa olunan məktəbin açılışı oldu - FOTO
    Yardımlıda yeni inşa olunan məktəbin açılışı oldu - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər