İran nüvə razılaşmasından sonra sanksiyaların ləğv ediləcəyinə ümid edir

İran nüvə razılaşmasından sonra sanksiyaların ləğv ediləcəyinə ümid edir
  • Dünya / Siyasət

  • İran nüvə anlaşması ilə bağlı danışıqlar prosesinin bu ölkəyə qarşı sanksiyaların ləğv olunmasına səbəb olacağına ümid edir.

    Asiya.az
    TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.

    "İran hesab edir ki, danışıqlar faydalı bir vasitədir və nəticədə bütün sanksiyaların ləğvinə səbəb olacaq", - deyə o bildirib.

    Raisi onu da qeyd edib ki, dərman idxalına mane olan bütün sanksiyalar və hərəkətlər qanunsuz sayılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər