"Zəfər savaşı xalqımızın birliyinin və həmrəyliyinin təntənəsidir" – Lənkəran məktəbində tədbir

"Zəfər savaşı xalqımızın birliyinin və həmrəyliyinin  təntənəsidir" – Lənkəran məktəbində tədbir
  • Cəmiyyət

  • Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində "Zəfər savaşı xalqımızın birliyinin və həmrəyliyinin təntənəsidir" mövzusunda tədbir keçirilmişdir.

    Asiya.az
    xəbər verir ki, tədbir öncəsi Vətən Müharibəsində canlarından keçən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mərziyyə Əliyeva qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

    Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

    Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
    Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri təşkil ediləcək.
    Anım Günü ilə əlaqədar ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

    Natiq daha sonra vurğuladı ki, Anım günü ilə bağlı Xanbulan kənd tam orta məktəbi müvafiq tədbirlər planı hazırlamışdır. Tədbirlər planına uyğun olaraq məktəbimizdə bir sıratədbirlər keçiriləcək. Belə ki, şəhidlər ziyarət olunacaq, şəhid ailələrinə baş çəkiləcək, ilk dərslər Zəfər salnaməmizə həsr olunacaq.

    Digər çıxış edənlər Şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolundan söhbət açaraq, Qarabağın azad olunmasında Ali Baş Komandanın əsil Sərkərdə müdrikliyini ön plana çəkiblər.
    "Zəfər savaşı xalqımızın birliyinin və həmrəyliyinin  təntənəsidir" – Lənkəran məktəbində tədbir
    "Zəfər savaşı xalqımızın birliyinin və həmrəyliyinin  təntənəsidir" – Lənkəran məktəbində tədbir
    "Zəfər savaşı xalqımızın birliyinin və həmrəyliyinin  təntənəsidir" – Lənkəran məktəbində tədbir
    "Zəfər savaşı xalqımızın birliyinin və həmrəyliyinin  təntənəsidir" – Lənkəran məktəbində tədbir
    PAYLAŞ:

    Oxşar xəbərlər