Qadının həyətinə girib ona xəsarət yetirdi – MASALLIDA

Qadının həyətinə girib ona xəsarət yetirdi – MASALLIDA Masallıda quldurluq edilib.

Asiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 29-da Qodman kəndi ərazisində yaşayan Şahzadə Alışovanın həyətində ona taxta parçası ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi Peyman Hüseynov saxlanılıb.

Araşdırmalarla onun tamah məqsədilə Ş.Alışovaya qarşı quldurluq etməsi müəyyən edilib.


Oxşar xəbərlər