Vəzifəli şəxslərlə intim münasibətdə olub, videoya çəkdi: MƏHKƏMƏDƏ ADLAR AÇIQLANDI

Vəzifəli şəxslərlə intim münasibətdə olub, videoya çəkdi: MƏHKƏMƏDƏ ADLAR AÇIQLANDI
  • Sosial

  • “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Asiya.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Məmmədsalayevanın ifadəsi elan edilib.

    Vəzifəli şəxslərlə intim münasibətdə olub, videoya çəkdi: MƏHKƏMƏDƏ ADLAR AÇIQLANDI

    Sevinc Məmmdəsalayeva

    O, istintaqa ifadəsində bildirib ki, 2002-2006-cı illərdə "Ədalət" qəzetində, 2006-2013-cü illərdə "Haqqın səsi" qəzetində, sonra isə "Bizim Dövr" qəzetində qeyri-rəsmi işləyib: "2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hədə-qorxu gəlməkdə ittiham edilib 6 il müddətinə azadlıqdan məhrum edilmişəm. Həbs edilməyimin səbəbkarı birbaşa Surxay Əliyev və Hikmət Nəfəclidir. Çünki onlar məni məcbur edirdilər ki, kimlərisə şantaj edim. O vaxt həyat yoldaşımdan boşanandan sonra bir nəfər jurnalistlə ilə sevgi münasibətləri yaşamışam. Aramızda qeyri rəsmi münasibətlər olub. Daha sonra ondan ayrıldım. Surxay məni otağına çağırıb təhqir etdi, həmin jurnalistlə olan intim münasibətlərimi açıqlayıb hamının yanında biabır edəcəyini dedi. Sonra dedi ki, gözəl qadınsan, bundan sonra mənim üçün işləyəcəksən, vəzifəli şəxslər və biznesmenlərlə görüşüb intim münasibət yaşayacaqsan və onları gizli videoya çəkib şantaj edəcəksən. Məcbur qalıb razılaşdım"

    Prosesdə Sevinc Məmmdəsalayevanın hansı epizodlarda iştirak etdiyi, hansı vəzifəli şəxslərlə münasibətdə olduğu və şantaj etdiyi açıqlanıb. Lakin bu zaman prosesdə iştirak edən təqsirləndirilən şəxslərin vəkilləri bu epizodlarda intim olduğu üçün prosesin qapalı keçirilməsini istəyib. Hakimin göstərişi ilə jurnalistlər zaldan çıxarılıb və iclas qapalı keçirilib.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

    G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

    Daha sonra "Gündəlik Bakı" qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər