Gülər Əhmədovadan qalmaqal yaradacaq açıqlamalar

Gülər Əhmədovadan qalmaqal yaradacaq açıqlamalar
  • Siyasət / Manşet

  • “İndinin özündə də MTN-in adını qorxa-qorxa çəkirəm”

    Xəbər verdiyimiz kimi, “Yeni Müsavat”ın öz Facebook səhifəsində gerçəkləşdirdiyi canlı yayım verilişinin son qonağı sabiq deputat Gülər Əhmədova olub. G.Əhmədova saat yarım davam edən söhbət zamanı bu günə qədər açıqlamadığı bəzi məqamlara toxunub.

    Həbsi, eləcə də məhkəməsinin ədalətli keçirilib-keçirilməməsi ilə bağlı oxuculardan gələn suallara cavabında G.Əhmədova bildirib ki, həbsi qurama oyun idi: “Müxalifət məni vururdu, iqtidar məni vururdu. Halbuki göstərilən videonun əsli deyildi. Amma bunu göydə qəbul etdilər. Çünki işin arxasında böyük qüvvə var idi. Amma indi o qüvvə yoxdur. Allah o qüvvəni toz kimi yox etdi. Elşad Abdullayevin arxasında dayanan qüvvəni, MTN-i nəzərdə tuturam.Mən işarə ilə hərdən demişəm, amma ilk dəfədir ki, belə açıq danışıram. Elşad Abdullayev necə gizli çəkiliş apara bilərdi? Mənim evimdə axtarış gedir. Yaxşı, mənim işimi prokurorluq aparır, onların işçiləri də axtarış keçirirdi. MTN işçilərinin bu axtarışda, mənim evimdə nə işi vardı? Onlar nə gəzirdilər? Və bir çox məsələlər vardı ki, anlayırdım. Mən məhkəmədə bunu necə deyə bilərdim? Mənim elə bir gücüm-qüdrətim yoxdur. İndinin özündə də onların adını qorxa-qorxa çəkirəm. Mən qorxuram. Siz qorxmursuz?”

    Sabiq deputat məhkəmənin ədalətli keçirilmədiyini vurğuladı. Onun sözlərinə görə, sabiq ABU rektoru Elşad Abdullayevin ifadə vermədiyi məhkəmə ədalətli sayıla bilməz: “Bu oyun Gülər Əhmədovanın başının üstündə qurulmamışdı. Daha böyük bir oyun idi və dövlətçiliyə qarşı nəzərdə tutulmuşdu. Məhkəmə olmayıb, heç nə məlum deyil. Baxırsan ki, ATƏT bununla bağlı hesabat verir. Mən artıq deputat mandatımdan imtina etmişdim. Bu günə qədər də deyirəm ki, hanı videonun əsli? Mənə qarşı ədalətsizlik olub. Əslində bu, qurulmuş bir oyun idi. Sonradan açıldı”.

    G.Əhmədova eyni zamanda həbsindən öncə yaşadığı bəzi hadisələrin də ona dərs olaraq geri qayıtdığını bildirib: “Bu hadisə başıma gələndə öz-özümə deyirdim ki, Gülər, bu həbs sənə dərs olsun. Çünki deputatlığım dönəmində yanıma çoxlu şikayətçilər gəlirdi. Hərəsinin də bir dərdi. Bir də görürdün, biri deyir ki, Gülər xanım, mən şərlənmişəm. Mən də ona deyirdim ki, etmədiyin bir işə görə səni necə şərləyə bilərlər? Gəlsin görüm, kimsə məni şərləsin, şərləyə biləcəkmi? Amma Allah mənə dərs verdi, göstərdi ki, şərləmək mümkündür”.

    Sabiq deputat bundan sonra deputat olmaq istəyi ilə bağlı suallara cavabında isə ailəsi, şəxsi həyatı ilə bağlı böyük arzuları olduğunu deyib: “Deputat olmadan yaşamaq mümkün deyil?”.
    PAYLAŞ:

    Oxşar xəbərlər