Masallıda 38 yaşlı qadın özünə bıçaqla xəsarət yetirdi

Masallıda 38 yaşlı qadın özünə bıçaqla xəsarət yetirdi Masallıda 38 yaşlı qadın bədəninin müxtəlif nahiyələrinə 16 bıçaq zərbəsi vurub.

Asiya.az xəbər verir ki , hadisə rayonun Təzə Alvadı kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1980-ci il təvəllüdlü Elnarə Ərəstun qızı Muxtarova bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyəti isə keçirdiyi əməliyyata uyğun olaraq orta-ağır qiymətləndirilir.

Məlumata görə, E. Muxtarova əsəb xəstəliyindən əziyyət çəkir. O, bir müddətdir ki, xəstəliyi ilə əlaqədar dərman qəbul edirmiş. Lakin sonradan həmin dərmanları qəbul etməkdən imtina edib. Hadisəni də əsəbi halda törətdiyini bildirib. Hazırda E. Muxtarovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər