Prezidentin yüksək vəzifə verdiyi Fuad Muradov kimdir?

Prezidentin yüksək vəzifə verdiyi Fuad Muradov kimdir? Azərbaycan respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Asiya.az xəbər verir ki, millət vəkili Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində " sənayesində ətraf mühitin qorunması" ixtisası üzrə magistr dərəcəsini alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır.

1999-2001-ci illərdə "Ümidli Gələcək" Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti olub. 2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə "Təşəbbüs" Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. 2003-2cü illərdə Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri olub, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.
2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatorudur. 2004-cü ilin martından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2005-ci ildə Dialoq və Əməkdaşlıq naminə İslam Konfransı Təşkilatı Gənclər Forumunun Avropa ölkələri üzrə əlaqələndiricisi seçilmişdir. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.
2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

2006-cı ildə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun üzvü olub.

2008-ci ildən etibarən Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının BMT Korrupsiyaya qarşı Konvensiyası üzrə Qlobal İşçi Qrupunun üzvüdür.
2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2011-ci ildən “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın layihəsini hazırlayan işçi qrupunun üzvüdür. Bu gündən prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

İngilis, fransız və rus dillərini bilir.

Bitərəfdir.

Evlidir, 2 övladı var.

Oxşar xəbərlər