“ASAN Xidmət”-in yeni sədri Ülvi Mehdiyev kimdir? – BİOQRAFİYA

“ASAN Xidmət”-in yeni sədri Ülvi Mehdiyev kimdir? – BİOQRAFİYA
  • Sosial / Araşdırma / Manşet

  • Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ülvi Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət”) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncamla Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

    Ülvi Mehdiyev kimdir?

    Azərbaycanın ən gənc məmurlarından olan 33 yaşlı Ülvi Mehdiyev 29 yaşı olan zaman Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinə yeni müavin təyin olunub.

    1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub Ülvi Mehdiyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. 2005-2006-cı illərdə hərbi xidmət keçən Ü.Mehdiyev 2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.

    Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində işləyib.

    Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. Ötən gün isə president İlham Əliyevin sərəncamı ilə "ASAN xidmət”in sədri vəzifəsinə təyin olunub.

    Ülvi Mehdiyev ailəlidir, 2 övladı var. O, ingilis və rus dillərini bilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər