Bakıda “Trump Tower” dəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)

Bakıda “Trump Tower” dəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)
  • Manşet / Olay

  • Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.

    Asiya.az Report-a istinadən xəbər verir ki, yanğın zamanı binanın çöl hissəsinə vurulan plastik üzlüklər yanıb.

    Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli iş mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

    ***

    Bakıda "Trump Tower” binasında yanğın başlayıb.

    Asiya.az xəbər verir ki, tüstülənmə binanın üst mərtəbəsində qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

    Asiya.az-ın nazirliyin saytına istinadən məlumatına görə, hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

    "Qafqazinfo" xəbər verir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib.







    Bakıda “Trump Tower” dəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)
    Bakıda “Trump Tower” dəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)
    Bakıda “Trump Tower” dəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)
    PAYLAŞ:

    Oxşar xəbərlər