Yeni nazir məktəb direktoru ilə müavini işdən qovdu

Yeni nazir məktəb direktoru ilə müavini işdən qovdu
  • Sosial

  • Paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

    Asiya.az xəbər verir ki, bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

    "Bəzən təhsil müəssisələrində olmayan hadisələr barədə ajiotaj yaratmaq cəhdləri təbii ki, ikrahla qarşılanır. Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır", - deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, işdən qovulanlardan biri direktor müavinidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər