Bakıda DƏHŞƏT: bir qız vəhşicəsinə öldürüldü - TƏFƏRRÜAT

Bakıda DƏHŞƏT: bir qız vəhşicəsinə öldürüldü - TƏFƏRRÜAT
  • Hadisə

  • Bakıda dəhşətli qətl törədilib.

    Asiya.az xəbər verir ki, hadisə bu gün saat 10.00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, “Şərq” bazarı yaxınlığında qeydə alınıb. Bir qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib. Bıçaqlanan qadın təcili olaraq yaxınlıqdakı "Atlas" klinikasına çatdırılıb. Lakin xəstəxanaya daxil olarkən qadının artıq keçindiyi məlum olub. Onunla birgə bıçaqlanan gənc oğlan isə Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyata götürülüb. Onun vəziyyətinin kritik olduğu bildirilir.

    Qətlə yetirilən qadının Zəhra İbrahimova olduğu açıqlanıb. Hadisəni Z. İbrahimovanın keçmiş həyat yoldaşı Rəşad İbrahimov törədib. Belə ki, keçmiş həyat yoldaşını oğlanla görən R. İbrahimov onların hər ikisini bıçaqlayıb. Nəticədə Z. İbrahimova ölüb, onun yanında olan Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
    PAYLAŞ:

    Oxşar xəbərlər