Azərbaycanda general işdən çıxarıldı- Rəsmi

Azərbaycanda general işdən çıxarıldı- Rəsmi
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

    Asiya.az unikal.org-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

    Məsələ ilə bağlı unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur".

    Penitensiar Xidmətdən faktı təsdiqləyiblər.

    Generalın 65 yaşı tamam olduğu üçün təqaüdə göndərildiyi bildirilib.

    Xatırladaq ki, H.Əlixanov 2007-ci ildən Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər