Pomidoru yedikdən əvvəl qızardın- Belə daha faydalıdır

Pomidoru yedikdən əvvəl qızardın- Belə daha faydalıdır Əksər meyvə və tərəvəzləri çiy halda yemək daha faydalı sayılır ki, yüksək temperaturlar onların tərkibində olan faydalı maddələrin qısmən dağılmasına səbəb olur. Lakin pomidora bu aid deyil.

Mütəxəssislər pomidoru çiy şəkildə deyil, yağda, sobada, qrildə qızardılmış və ya pörtlədilmiş şəkildə yeməyi tövsiyə edirlər. Məsələ burasındadır ki, pomidorun tərkibində olan çox faydalı maddə likopinin miqdarı termik emaldan sonra əhəmiyyətli şəkildə artır.

Saglamolun.az xəbər verir ki, likopin ürək və damarların sağlamlığını qoruyan ən effektli antioksidantdır - "pis" xolesterinin səviyyəsini aşağı salır, damarlarda iltihabı və bununla da aterosklerozun riskini azaldır. Bildiyimiz kimi, damarların qənimi olan ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir.

Həmçinin likopin güclü xərçəng əleyhinə vasitədir. Bu xüsusilə prostat vəzi, ağciyər, qadınlarda süd vəzi xərçənginə aiddir.

Oxşar xəbərlər