Azərbaycan “Avroviziya”da ilk dəfə yarımfinala çıxa bilmədi - VİDEO

Azərbaycan “Avroviziya”da ilk dəfə yarımfinala çıxa bilmədi - VİDEO
  • Mədəniyyət

  • Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

    Asiya.az xəbər verir ki, müsabiqə Bakı vaxtilə 23:00-da başlayıb.

    Altice Arenada, “All Aboard!” (Hamı göyərtəyə!) şüarı altında keçirilən müsabiqənin aparıcıları Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto olub.

    Təmsilçimiz Aysel Məmmədovanın (Aisel) “X my heart” mahnısı ilə 1 nömrə altında çıxış edib. Onu Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçı – Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.

    Ağ geyimdə performans göstərən Ayselin çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Lakin Azərbaycan tarixində ilk dəfə “Avroviziya”nın finalına çıxa bilməyib. Aysel Məmmədova televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin səsverməsi nəticəsində müsabiqədən kənarda qalıb.

    Qeyd edək ki, müsabiqədə 43 ölkə iştirak edir. Onlardan 37-si yarımfinallarda mübarizə aparacaq. İkinci yarımfinal mayın 10-da, final isə mayın 12-də baş tutacaq.



    PAYLAŞ:

    Oxşar xəbərlər