Kənd Təsərrüfatı Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE

Kənd Təsərrüfatı Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE
  • Sosial, Araşdırma

  • Xəbər verdiyimiz kimi, Mirzə Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

    Asiya.az Mirzə Əliyevin dosyesini təqdim edir:

    Mirzə Əliyev 1986-cı il aprelin 1-də Bakı şəhərində anadan olub.

    2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsini bitirib.

    Əmək fəaliyyətinə 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki (İsveçrə) ofisində başlayıb.

    2011-ci ildə “Holcim Azərbaycan” ASC-də marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

    Daha sonra 2015-ci ildə “Kapital Bank” ASC-nin direktorunun Strategiya departamenti üzrə müavini vəzifəsində fəaliyyətini davam etdirib.

    Həmin ildən “Azərbaycan Dəmir Yolları” QSC-də investisiya üzrə rəis müavini vəzifəsində çalışıb.

    Subaydır.
    PAYLAŞ:

    Oxşar xəbərlər