İşdən çıxarılan generalın yerinə rəis təyin edildi

İşdən çıxarılan generalın yerinə rəis təyin edildi
  • Sosial

  • Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yeni rəis təyin edilməsi ilə bağlı əmr imzalayıb.

    Asiya.az unikal.org-a istinadən xəbər verir ki, Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gömrük xidməti polkovnik-leytenantı Bəhruz Quliyevi rəis təyin edib.

    Xəbər Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən təsdiqlənib.

    Qeyd edək ki, bir neçə gün əvvəl "dərman mafiyası”na görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev işdən çıxarılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər