Ramiz Həsənov nazir müavini təyin edildi

Ramiz Həsənov nazir müavini təyin edildi
  • Siyasət / Manşet

  • Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

    Asiya.az xəbər verir ki, bu barədə virtualaz.org-a özəl mənbələrdən məlum olub.

    Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilib.

    Onu da qeyd edək ki, bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyi başçısının 5 müavin var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.
    PAYLAŞ:

    Oxşar xəbərlər