Masallıda dəfn olunan alpinistin ürəkdağlayan şeiri- Fotolar

Masallıda dəfn olunan alpinistin ürəkdağlayan şeiri- Fotolar
  • Sosial

  • Xəbər verdiyimiz kimi, "Gilavar” Hava və Ekstrim İdman Klubunun 5 aydır itkin düşən 3 üzvünün (Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə) meyiti tapılıb.

    Asiya.az qafqazinfo-ya istinadən bu məqamda aylardır sosial şəbəkələrdə hamının paylaşdığı, müəllifi Fəridə Cəbrayılzadə olan "Bir qızım olsun..." şeirini təqdim edir:

    Bir qızım olsun
    Sahib ola bilmədiklərimi ona verə bilim,
    Ola bilmədiklərimi deyim

    Bir qızım olsun
    Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim,
    Əclafların qarşısında üzülməməyi öyrədim.
    Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar

    Bir qızım olsun,
    Söz versin, insanlara tez inanmasın,
    Tez ürəkdən bağlanıb, qucağını açmasın,
    Alət kimi bir gecəlik olmasın,
    Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın
    Aciz olmasın, sükut etməsin
    Yüksəklərdə qanad çırparkən süqut etməsin.

    Bir qızım olsun
    Dul qalsa əgər,
    Təhqir olunmağına izn verməsin.
    Başqalarının əmlakı olmadığını bilsin,
    Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin.

    Bir qızım olsun,
    Ona deyim ki, səsinə cəsarət qatsın
    Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz,
    Əgər ana ola bilməsə kişilər ölməz !

    Bir qızım olsun
    Evli qadına rəhm edə bilsin,
    Kişi icazəsi olmadan nəfəs ala bilsin,
    İstəyirəm Quşları Qəfəssiz çəkə bilsin.
    Mələk olsun istəmirəm..səhvləri olsun,
    İstəyirəm qadın olsun..qadın ölsün.

    Budur qadınlıq!
    Bir qızım olsun
    Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,
    Kimsə qadına şiddətə cəhd etməyəcək.
    Kimsə onu incitməyəcək.

    Qeyd edək ki, Fəridə 1991-ci ilin martın 15-də Masallı rayonunda anadan olub.

    Alpinist Fəridə Cəbrayılzadənin ağır vəziyyətdə olan atası Masallı rayon Şərifə kəndinə aparılıb.

    Asiya.az xəbər verir ki, bu barədə Yenicag.az-a sözügedən kəndin bələdiyyəsindən məlumat verilib.

    "Fəridənin atası ağır xəstədir, bir ay öncə bacısı rayonda dünyasını dəyişdi. O ağır xəstə olduğu üçün bacısının yas mərasiminə gələ bilmədi. Amma onu şəhərdən gətiriblər ki, qızının dəfn mərasimində iştirak etsin. Ağır dərddir, aylardır, meyit tapılmırdı. Ailə çox ağır sarsıntı içindədir”.

    Mərhum Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Allah rəhmət eləsin!

    Masallıda dəfn olunan alpinistin ürəkdağlayan şeiri- Fotolar
    Masallıda dəfn olunan alpinistin ürəkdağlayan şeiri- Fotolar
    Masallıda dəfn olunan alpinistin ürəkdağlayan şeiri- Fotolar
    Masallıda dəfn olunan alpinistin ürəkdağlayan şeiri- Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər