Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri (SİYAHI)

Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri (SİYAHI)
  • Maraqlı / Araşdırma

  • Prezident İlham Əliyev bir ay öncə hökumətin yeni tərkibini müəyyən etdi.

    Nazirlər Kabinetinin yeni tərkibində dörd yeni nazir, üç komitə sədri, iki xidmət rəisi yer aldı. Baş nazir, Baş nazirin üç müavini, üç nazir, üç komitə sədri və iki xidmət rəisi isə vəzifələrini itirdilər.

    Yeni nazirlər və komitə sədrləri bir aydır fəaliyyətə başlasalar da, artıq kadr islahatlarına start veriblər. Maraqlı məqam ondan ibarətdir ki, yeni nazirlərin ilk olaraq işdən çıxardığı məmurlar arasında keçmiş nazirlərin yüksək vəzifə tutan yaxın qohumları və nazirliklərin mətbuat katibləri yer alıblar.

    Asiya.az azxeber.com-a istinadən yeni nazir və komitə sədrlərinin işdən çıxardığı mətbuat katibləri ilə bağlı kiçik araşdırma aparıb.

    Araşdırma nəticəsində məlum olub ki, üç nazirliyin, iki dövlət komitəsinin, bir dövlət xidmətinin mətbuat katibləri vəzifədən azad edilərək, yeniləri ilə əvəz ediliblər.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elman Babayev yeni nazir Sahil Babayevin sərəncamı ilə vəzifədən azad olunub. Nazirliyin mətbuat katibi təyinatına qədər Dövlət Sosial Müdafiə Fondunda mətbuat katibi, "Kaspi” qəzeti və Trend informasiya agentliyində müxbir kimi çalışan E.Babayevin yerinə müvəqqəti olaraq qurumun müdir müavini Pərviz Cəfərov təyin olunub.

    Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri (SİYAHI)

    Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev yeni nazir İnam Kərimovun sərəncamı ilə vəzifədən azad olunub. Nazirliyin mətbuat katibi təyinatına qədər bu nazirlikdə müxtəlif vəzifələrdə - Elm, təhsil baş idarəsində şöbə müdiri, Təbliğat şöbəsinin rəisi vəzifələrində çalışan M.Hacıyevi bu vəzifədə "ASAN Xidmət” də mətbuat katibi Anar Hüseynov əvəz edib.

    Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri (SİYAHI)

    Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova yeni komitə sədri Fuad Muradovun sərəncamı ilə vəzifədən azad edilib. Nazirliyin mətbuat katibi təyinatına qədər müxtəlif televiziyalarda, o cümlədən ANS telekanalında çalışan E.Xəlilovanı bu vəzifədə həmkarı, tanınmış teleaparıcı Vəsilə Vahidqızı əvəz edib.

    Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri (SİYAHI)

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov yeni komitə sədri Rövşən Rzayevin sərəncamı ilə vəzifədən azad edilib. Mətbuata kifayət qədər qapalı olan keçmiş mətbuat katibinin bundan öncəki fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur. Onu bu vəzifədə tanınmış jurnalist və teleaparıcı İbrahim Mirzəyev əvəz edib.

    Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri (SİYAHI)

    Səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin yeni tərkibində yer alsa da, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramovanı vəzifədən azad edib. Mətbuat katibi təyinatına qədər "Zerkalo” qəzetində şöbə müdiri işləyən L.Bayramova media camesində daha çox rusdilli jurnalist kimi tanınıb. Hazırda onun yerinə təyinat olmasa da, müvəqqəti olaraq Mətbuat Xidmətinə qurumun əməkdaşı Səfayə Əhmədova rəhbərlik edir.

    Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri (SİYAHI)

    Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yeni kabinetdə yer alsa da, qurumun Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimovanı vəzifədən azad edib. Paralel olaraq Bakı Dövlət Universitetində çalışmış filologiya üzrə fəlsəfə doktoru Aynur Kərimova hazırda BDU-da Televiziya və radiojurnalistikası kafedrasının müdiridir. Onu bu vəzifədə "BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışmış Mənsur Piriyev əvəzləyib.

    Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri (SİYAHI)
    PAYLAŞ:

    Oxşar xəbərlər