APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.
Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib. FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.
Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.
Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.