Sankt-Peterburqdan Masallıya gələn mikroavtobus qəzaya uğradı: ölən və yaralanan var- Video

Sankt-Peterburqdan Masallıya gələn mikroavtobus qəzaya uğradı: ölən və yaralanan var- Video Cəlilabadda Rusiyadan sərnişin gətirən mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə sürücü ölüb. 9 nəfər xəsarət alıb. Qəbələdə də qəza olub. İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xarici vətəndaş isə yaralanıb.

Mikroavtobunun yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 9nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu Göytəpə qəsəbəsindən keçən hissəsində baş verib. Masallı rayon sakini İbrahim Dadaşovun idarə etdiyi mikroavtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində sürücü 49 yaşlı İbrahim Dadaşov hadisə yerində dünyasını dəyişib.

Mikroavtobusda olan 9 sərnişin xəsarət alıb. Onlardan 7-si Masallı, 2-si Cəlilabad rayon mərkəzi xəstəxanalarına aparılıblar.

Mikroavtobusun Rusiyanın Sankt-Peterburq şəhərindən Masallı rayonuna hərəkət etdiyi bildirilir. İlkin ehtimala əsasən, qəzanın baş verməsinə sürücünün sükan arxasında yatması səbəb olub.

Qəbələdə də 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Vəndam qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 2 avtomobilin toqquşması nəticəsində Qəbələ şəhər sakini, 62 yaşlı ŞakirƏhmədov, eləcə də Monteneqro vətəndaşı Amanda Besiloviç, Yunanıstan vətəndaşı Venizelos Dimitrios və adları hələ ki, məlum olmayan daha iki xarici ölkə vətəndaşı ağır bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü Şakir Əhmədov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib, əcnəbi yaralılar isə müalicə üçün Bakıya gətirilib.

Faktla bağlıaraşdırma aparılır.



Oxşar xəbərlər