Xankəndi ÇALXALANIR, küçə döyüşlərinə doğru - Bakı üçün ƏLA HÜCUM FÜRSƏTİ

Xankəndi ÇALXALANIR, küçə döyüşlərinə doğru - Bakı üçün ƏLA HÜCUM FÜRSƏTİ
  • Sosial / Manşet

  • Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilərin qondarma rejimə qarşı aksiyası davam edir.

    Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, dünən gecə etiraz aksiyasının iştirakçıları qondarma rejimin "prezidenti” Bako Saakyanla görüşüb.

    Etirazçılar qondarma rejimin "güc strukturlarının rəhbərləri”nin, eləcə də Saakyanın istefasını istəyirlər.

    Saakyan "güc strukturlarının rəhbərləri”nin istefası tələbi ilə razılaşıb, lakin özü haqqında tələbi rədd edib. Məlumata görə, görüşdən sonra Xankəndinin küçələrində etiraz aksiyası davam edir.
    Hazırda davam edən aksiyaya ətraf ərazilərdən gələnlər də qoşulur.

    "Biz buradakı yaşayışdan yorulduq, bezdik”, - deyə etirazçılar bildiriblər.

    Etirazçılar Xankəndi şəhərinin mərkəzi küçələrini bağlayıblarEtirazçılara rəhbərlik edənlərdən David Simonyan adlı erməni "bizdən istəyirlər ki, küçələri açaq, evə qayıdaq. İndi mən sizdən soruşuram, evə gedirikmi?” deyə ucadan bildirib.

    Etirazçılar isə evə getməyəcəklərini, keçələri açmayacaqlarını bildiriblər. Bundan sonra aksiyanın davam etməsi haqqında qərar qəbul edilib. Son məlumatlara görə, etirazçılar avtovağzal ətrafındakı küçələrdə barrikadalar qurmağa başlayıblar.
    Qeyd edək ki, erməni siyasətçilər Xankəndində baş verənlərin Azərbaycana işğal altındakı əraziləri azad etmək üçün yeni imkanlar verdiyini hesab edirlər. Erməni sosioloq David Karabekyan bildirib ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyirlər.
    "Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan Ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”, - deyə o bildirib


    Xankəndi ÇALXALANIR, küçə döyüşlərinə doğru - Bakı üçün ƏLA HÜCUM FÜRSƏTİ
    Xankəndi ÇALXALANIR, küçə döyüşlərinə doğru - Bakı üçün ƏLA HÜCUM FÜRSƏTİ
    Xankəndi ÇALXALANIR, küçə döyüşlərinə doğru - Bakı üçün ƏLA HÜCUM FÜRSƏTİ
    Xankəndi ÇALXALANIR, küçə döyüşlərinə doğru - Bakı üçün ƏLA HÜCUM FÜRSƏTİ
    PAYLAŞ:

    Oxşar xəbərlər