Vüsalə "uşağının atası kimdir?" sözlərini yazan şəxsi tapdı: 15 dəqiqəyə onu bizə verdilər - FOTO

Vüsalə "uşağının atası kimdir?" sözlərini yazan şəxsi tapdı: 15 dəqiqəyə onu bizə verdilər - FOTO
  • Sosial

  • "Şəxsiyyətimə, şərəfimə, mənə dəyər verən insanlara, ən vacibi isə övladıma dil uzadanın dilini əlimlə kəsib, burada şəklini paylaşardım. Amma çox şükürlər olsun ki, buna ehtiyac qalmır. Hər səviyyəsizə görə dəyməz”.

    Asiya.az-ın azxeber.com-a istinadən xəbərinə görə, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, qızının ünvanına təhqir yazan bir şəxsin şəklini paylaşaraq, ona cavab verib:

    "Bütün vətəndaşların hüquqlarını qoruyan dövlətimiz var. Sənə xəbərdarlıq olundu ki, ay murdar, ağıllı ol, olmadın. Canın sağ olsun. 15 dəqiqəyə sənin kimi cılız birini tapıb bizə verdilər. Sənin kimilərə qızıl vaxtımızı sərf edəcək qədər bekar deyilik. Amma gözəl ölkəmizin daşdan keçən qanunları var. Bu gün evində, isti yorğan-döşəyində doyunca yat. Çünki sabah çox yorulacaqsan, yatmağa da yerin olmayacaq. Mənim şəxsi həyatım və uşağımın atası səni maraqlandırır? Sabah bütün tərcümeyi halımı sənə oxutduracaqlar. Bu və bunun kimi özünü kişi hesab edib, əslində qadına belə yaraşmayan qeybət və murdarlıqla məşğul olan hər kəsə dərs olsun”.

    Vüsalə daha sonra adını açıqlamayan şəxsə təşəkkür edib: "Hər zaman peşəkar komandası ilə yanımda olan gizli qoruyucu mələyimə təşəkkürlər"

    Qeyd edək ki, Vüsalə həmin şəxsin onun övladının fotosuna "Bu uşaq kimin uşağıdır? Atasının adını bilən olsa, mənə də yazsın zəhmət olmasa” sözlərini yazdığını bildirib.


    Vüsalə "uşağının atası kimdir?" sözlərini yazan şəxsi tapdı: 15 dəqiqəyə onu bizə verdilər - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər