Əhaliyə şad xəbər: pensiya və maaşlar artırılır

Əhaliyə şad xəbər: pensiya və maaşlar artırılır
  • Sosial

  • Azərbaycanda 2018-ci il dövlət büdcəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları üçün ayrılan vəsaitin məbləği artırılır.

    Asiya.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

    Qeyd olunur ki, pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 384 milyon manatla yanaşı, 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128 milyon manat vəsait yönəldiləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər