İsveçdən çətin, Belçikadan isə böyükhesablı qələbə, İngiltərə Tunisə qarşı - YENİLƏNİR

İsveçdən çətin, Belçikadan isə böyükhesablı qələbə, İngiltərə Tunisə qarşı - YENİLƏNİR
  • İdman

  • Bu gün DÇ-2018 çərçivəsində növbəti oyunlar keçiriləcək.

    Asiya.az xəbər verir ki, Rusiyadakı mundialın 5-ci günündə 3 qarşılaşma baş tutacaq.

    F qrupunda ilk tura yekun vurulacaq. Almaniya və Meksikanın qrupunda yer alan İsveçlə Cənubi Koreya üz-üzə gələcək.

    G qrupunda isə mübarizəyə start veriləcək. Öncə meydana Belçika və Panama yığmaları çıxacaq.

    Günün son qarşılaşmasında isə futbolun yaradıcıları mundial həyəcanına başlayacaq. İngiltərənin rəqibi Tunis olacaq.

    DÇ-2018

    I tur

    18 iyun

    F qrupu

    İsveç – Cənubi Koreya - 1:0

    Qol: Qrankvist, 65 (p.)

    Sarı vərəqə: Kim Sin Uk

    Hakimlər: Xoel Aqilar, Xuan Zumba (hər ikisi Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Xauata (Taiti)

    Nijni Novqorod. Şəhər stadionu

    G qrupu

    Belçika – Panama - 3:0

    Qollar: Dris Mertens, 47; Romelu Lukaku, 69; 75

    Hakimlər: Canni Sikazu (Zambiya), Jerson dos Santos (Anqola), Zaxele Sivela (CAR), Ryudzi Sato (Yaponiya)

    Soçi. “Fişt” stadionu

    Tunis – İngiltərə - 1:2

    Qollar: Fercani Sassi, 35 (pen.) - Harri Keyn, 11; 90+1

    Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika)

    Volqoqrad. “Volqoqrad Arena”
    PAYLAŞ:

    Oxşar xəbərlər