İcra Hakimiyyətinin qarşısında gənc oğlanı avtomobil vurub

İcra Hakimiyyətinin qarşısında gənc oğlanı avtomobil vurub
  • Olay

  • Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır bədən xəsarətləri alıb.

    Asiya.az report.az-a istinadən bildirir ki, qəza Bakıxanov qəsəbəsində baş verib.

    Abbasqulu Ağa Bakıxanov küçəsində Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısından piyada keçidi ilə yolun digər tərəfinə keçmək istəyən 1994-cü il təvəllüdlü Mustafayev Ruslan Oqtay oğlunu "Kia" markalı avtomobil vurub.

    Yaralı ağır bədən xəsarətləri alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər