Bakıda BAZAR YANIR: Ətraf mağazalar partlayır - Yanğının səbəbi... - VİDEO

Bakıda BAZAR YANIR: Ətraf mağazalar partlayır - Yanğının səbəbi... - VİDEO
  • Manşet / Olay

  • Bakıda səhər saatlarında güclü yanğın baş verib.

    Asiya.az xəbər verir ki, Nərimanov rayonu ərazisində tikinti materialları mağazası yanıb. Yanğın artmaqda davam edib və ətraf mağazalar üçün ciddi təhlükə yaradıb. Böyük elektrik mağazasına tərəf gedən yanğın şəhəri iflic edib. Faktor.az-a verilən məlumata əsasən yanan mağaza Roman və Sadiq adlı iş adamlarına məxsusdur. Səhər yeni mal gətirilən mağaza anidən yanmağa başlayıb. Yanğının səbəbi hələlilk məlum deyil.

    Verilən məlumata görə hadisə yerinə gələn FHN əməkdaşları güclü yanğını söndürmək üçün əlavə su ehtiyyacını ətaf binalardan ödəyiblər.

    Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.

    Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

    "Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.






    Bakıda BAZAR YANIR: Ətraf mağazalar partlayır - Yanğının səbəbi... - VİDEO
    Bakıda BAZAR YANIR: Ətraf mağazalar partlayır - Yanğının səbəbi... - VİDEO
    Bakıda BAZAR YANIR: Ətraf mağazalar partlayır - Yanğının səbəbi... - VİDEO
    Bakıda BAZAR YANIR: Ətraf mağazalar partlayır - Yanğının səbəbi... - VİDEO
    Bakıda BAZAR YANIR: Ətraf mağazalar partlayır - Yanğının səbəbi... - VİDEO
    PAYLAŞ:

    Oxşar xəbərlər