Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI
  • Araşdırma / Hadisə

  • Son günlər ölkə mediasının diqqəti daha çox azərbaycanlı qanuni oğruların həyatına yönəlmişdir.

    Bu günə qədər qanuni oğru adı qazanmış və həyatdan köçmüş bəzi avtoritetlərin fotolarını və haqqında olan məlumatları sizə təqdim edirik:

    Masallı Mamed

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    1960-cı ildə Masallıda anadan olan “qanuni oğru” ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq “Masallı Mamed”in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı “Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib. Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası İsgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyarbrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı “Leyla” şadlıq evində “qanun oğru”lar “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Dağlı Cavanşir”, “Yetim Hüseyn”, “Ənvər Sovetski” və “İrəvanlı Faiq”in iştirakı ilə Mamedə “qanuni oğru” titulu verilir. Bundan sonra “Masallı Mamed” daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra “Masallı Mamed”in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.

    Masallı Mamed 2011-ci il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib.

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    Sabirabadlı Hikmet(Lotu Hikmət)

    Lotu Hikmət 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkənd kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və ilk məhkumluğunu yaşayıb. Üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib.

    1981-ci ildə yenidən həbs olunub. Sabirabadda bir nəfəri camaatı incitdiyinə görə cəzalandırdığı üçün 7 il azadlıqdan məhrum edilib. Rostov düşərgəsində Mixail “Kotovski”, Kolya “Lebed”lə tanış olub və ən qatı “otritsalovka”lardan birinə çevrilib. Üç nəfər oğru ponyatkalı dustaq zonu “qara”ya çeviriblər. Bununla barışmayan düşərgə rəhbərliyi onu dörd dəfə ardıcıl olaraq on beş sutkalıq karserlə cəzalandırıb.

    Dördüncü cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il əlavə olunması ilə nəticələnib.

    “Böyük qardaş” ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq “Kresti” kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib.

    1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb.

    2001-ci ildə cibindən narkotik vasitə heroin “tapılıb” və 8 il azadlıqdan məhrum edilib.

    Lotu Hikmət 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb binanın yanında duran Mercedes-500 markalı maşının minmək istərkən ona avtomat və tapançadan atəş açıblar. 11 apreldə onun meyiti təyyarə ilə Azərbaycana göndərilib. Bakıdan meyiti Sabirabad rayonunun doğma Kürkəndi kəndinə gətirilib və buradakı qəbiristanlıqda dəfn edilib. Onunla vidalaşmağa 1,5 — 2 min adam gəlib.

    Lotu Hikmətin bir oğlu və bir qızı qalıb. Dostlarının dediyinə görə Lotu Hikmət tez-tez bu sözləri təkrar edirmiş: “Hərənin öz həyatı var. Mənim də bəxtimə belə bir tale düşüb. Bilirəm ki, bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum qalmayıb”.

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    Dağlı Cavanşir

    Cavanşir Ağayev 18 dekabr 1967-ci ildə Bakıda anadan olmuşdur. Ağayev Cavanşir əslən Xızıdandır. Ona görə oğru aləmində “Dağlı Cavanşir” kimi tanınmışdır. Yasamalda 21 saylı orta məktəbdə təhsil almışdır.

    Dağlı Cavanşir 1982-ci ilin aprel ayında ilk məhkumluğunu yaşayıb, 6 il müddətində azadləqdan məhrum edilib. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki uşaq islah əmək müəssisəsində, həddi-buluğa çatandan sonra isə ciddi rejimli kolonda çəkib. Ən gənc “Oğru” adını alan “Qanuni Oğru”lardan olub. Xızının fəxri olan Dağlı Cavanşir SSRİ-də ittifaqın qəbul edilmiş avtoritetlərindən biri olub. Lotu Cavanşir 22 Mart 1995 -ci ildə Bakıda Yasamal ərazisində MTN-tərəfindən atışma nəticəsində güllələnərək öldürülüb.Dağlı Cavanşirə MTN-tərəfindən atışmada silahı yerə qoyub təslim olma əmiri verilir, Cavanşirin cavabı o olur ki son axan qanımacan siz “Ment”lərlə vuruşacam. Dağlı Cavanşir atışma nəticəsində dünyasını dəyişmişdir. Məzarı Yasamal qəbiristanlığındadır.

    1992-1993-cü illərdə şimaldan Azərbaycana gətirilən taxıl qatarının qabağının açılmasında Dağlı Cavanşirin də böyük rolu olub. Hətta Dağlı Cavanşir məhkumluq həyatı yaşayarkən orada Novxanılı Lotu Bəxtiyar(Batya Brilliant) ilə tanış olmuşdular.

    “Qurd qapısı”ndan sağ tərəfə bir yol uzanır, iki yüz addımlıqda qara mərmər baş daşı ucalır. Baş daşı üzərində öz boyu hündürlüyündə şəkil həkk olunub. Harada dayanırsansa, şəkildəki cavan sənə baxır. Baxışlarında məsumluq, üsyan var. Bu cavan yaşlı “Qanuni oğru Dağlı Cavanşirdir”.

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    Novxanılı Bəxtiyar (Lotu Bəxtiyar)

    Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanı kəndində anadan olub. 1976-ci il İyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib(köçürülüb). Bununla da əfsanəvi Lotu Bəxtiyarın həyat macərasının təməli qoyuldu. Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki “Владимирский Централ” türməsinə (qapalı rejim)etap olunub. 1982-ci ildə “Владимирский Централ” türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasiliy Babuşkin və digər qanuni oğru Николай Якутенко tərəfindən qanuni oğru adını almış, bu sınaqdan çox asanlıqla keçmişdir. 1983-cü ildə azadlığa buraxılmışdır.

    İkinci dəfə 1985-ci il İyun ayinin 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunmuşdur. 1987-ci ildə azadlığa buraxılmışdır

    Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 1992-ci il İyul ayının 15-də bəraət alaraq azadlığa buraxılmışdır.

    1993-cü ildə ailə həyatı qurmuşdur.

    Dördüncü dəfə 1994-cü il Dekabr ayının 22-də fövqəladə vəziyyətdə həbs olunmuşdur. Həbs olunmasına baxmayaraq hüquq mühafizə orqanları əllərində əsaslı dəlillər lmadıqlarina görə ona cəza müddəti təyin edə bilməmişlər. Nəhayət 2 ildən sonra 1996-cı il Mart ayınin 3-də onu 3 il müddətinə azadlıqdan məhrum etmişlər. 1997-ci il Mart ayının 12-də işə yenidən baxılaraq ona 4 il iş kəsilmişdir…

    Bütün bu illər ərzində o keçmiş Sovet İttifaqının Майкоп, Владимир, Балашиха, Пермь, Карлаг, Златоуст, Новосибирск, Красноярск kimi şəhərlərində məhbusluq həyatı yaşamışdır. Və nəhayət 1998-ci il Aprel ayının 6-da Bakı şəhərindəki 13 sayli kolonun xəstəxanasında qara ciyər serrozundan vəfat etmişdir .

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    Dadaş Masallı(Mircavad Masallılı)

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI
    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    Saraydan Əli

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    Göygöz Sabir

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    Masallı Mamed Ve Cümşid Masallı

    Dünyanı barmağında "oynadan" azərbaycanlı "qanuni oğrular" - Kriminal aləmin sirli adları-SİYAHI

    Rövşen Lənkaranski(Rövşən Canıyev)

    Rövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində polis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir.

    İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.

    Rövşən Caniyev oğru aləmində “Rövşən Lənkəranski” kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.

    2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

    Ukraynada “Rövşən Lənkəranski” böyük nüfuz sahibi idi.

    Lənkəranski 18 avqust 2016-cı ildə gecə Türkiyədə qətlə yetirilmişdir. Onunla bərabər sürücüsü də öldürülmüşdür. Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olmuşdur. Maşının nömrəsi isə 90-ND-011-dir.

    Təəssüf ki, o dövrdə “Qanuni Oğru” tituluna layiq görülən “Dağlı Qədir”, “Azyaski Hüseyağa”, “Əmircanlı Xan”, “Korzubi Vaqif”, “Göygöz Sabir”, “Ağa Mirzə” , “Dadaş Masallı” və digər Azərbaycanlı qanuni oğrular barəsində geniş məlumatlar yoxdur. (Faktor/az)
    PAYLAŞ:

    Oxşar xəbərlər