Bakıda “Araz” marketin işçiləri dalaşdı - Ölən var- Yenilənib+ Video

Bakıda “Araz” marketin işçiləri dalaşdı - Ölən var- Yenilənib+ Video
  • Sosial

  • Bakıda məşhur marketin işçiləri arasında yaşanan insident ölümlə nəticələnib.

    Asiya.az qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

    S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

    ***

    Asiya.az Report-a istinadən xəbər verir ki, hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs "Araz" marketin qarşısındakı bankomatdan pul çıxardan zaman baş verib.

    Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxardıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerində keçinib.

    Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar. Əraziyə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər