“Bravo”nun satıcısı firma işçiləri tərəfindən döyüldü - Vəziyyəti ağırdır

“Bravo”nun satıcısı firma işçiləri tərəfindən döyüldü - Vəziyyəti ağırdır
  • Olay

  • Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb.

    Asiya.az Report-a istinadən xəbər verir ki,, hadisə Bülbül prospektində baş verib.

    Belə ki, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb.

    Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər