İddialara görə, Qastəmirov vaxtı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin köməkçisi olub. Hətta yayılan xəbərlərdə "Şeyx Xəmzət”lə Paşazadənin tədbirlərin birində çəkilən fotosu da yer alıb.
Lakin Yenicag.az-a açıqlama verən QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova yayılan məlumatları təkzib edib. O, bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:
"Belə bir şey yoxdur. Bunlar tamamilə həqiqətə uyğun olmayan informasiyalardır. Bəzən tədbirlərdə fərqli-fərqli insanlar bir araya gəlirlər. Bu da o demək deyil ki, bundan nəsə nəticə çıxarmaq lazımdır”.