Fazil Məmmədovun hansı ölkədə olduğu açıqlandı: həkimi danışdı

Fazil Məmmədovun hansı ölkədə olduğu açıqlandı: həkimi danışdı Eks-vergilər naziri Fazil Məmmədovun səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.

Asiya.az modern.az-a istinadən xəbər verir ki, sabiq nazirin yaxın çevrəsindən verilən məlumata görə, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.

Türkiyədəki Ankara hospitalın həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçer də Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:

"Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.

S.Dinçer Fazil Məmmədovun bu dəfə yaranmış narahatlığı ilə bağlı Türkiyəyə gəlmədiyini, Amerikada müalicə aldığını vurğulayıb.

Oxşar xəbərlər