Azərbaycanda mikroavtobus “KamAZ”la toqquşdu: ölən və yaralananlar var- VİDEO

Azərbaycanda mikroavtobus “KamAZ”la toqquşdu: ölən və yaralananlar var- VİDEO
  • Olay

  • Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.

    Asiya.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən "Mercedes" markalı sərnişin mikroavtobusu "KamAZ"la toqquşub. Nəticədə mikroavtobusun sürücüsü ölüb. Yaralılardan 1-i xəstəxanada ölüb. Yaralıların sayı isə 9 nəfərə çatıb.

    Qəza zamanı ölən və yaralanan şəxslərin siyahısı:

    Ölənlər:

    Zaqatala rayon sakini, Əliyev İlkin Haqverdi oğlu (1976)
    Zaqatala rayon sakini, Mikayılova Rahilə Zamayıl qızı (1951)

    Yaralılar:

    Tərtər rayon sakini, Həsənova Səltənət Məmməd qızı (1958)
    Zaqatala rayon sakini, Cəfərova Günel Eldar qızı (1979)
    Mingəçevir şəhər sakini, Nadirli Nüranə Rövşən qızı (1996)
    Şəki rayon sakini, Babayeva Günay Elman qızı (1996)
    Mingəçevir şəhər sakini, Həmzəyeva Mələk Səməd qızı (1985) Mingəçevir
    Zaqatala rayon sakini, Həmzəyeva Əlifnur Samir qızı (2014)
    Zaqatala rayon sakini, Həmzəyeva Əsmənur Samir qızı (2017)
    Mingəçevir şəhər sakini, Sarıyeva Nigar Şaban qızı (1982)

    Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti ağırdır:

    "Yaralılardan azyaşlı uşaq və anası ölümcül vəziyyətdədir. Uşağın başı əzilib, kəllə sümüyü sınıb və beyni zədələnib. Yaralılara ilkin yardım göstərilikdən sonra Bakıdakı özəl klinikalardan birnə göndərilməsi planlaşdırılıb".

    PAYLAŞ:

    Oxşar xəbərlər