Məhkəmə zalında arvadını öldürdü

Məhkəmə zalında arvadını öldürdü
  • Hadisə

  • Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhərindəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, DİN-dən bildirilib ki, iyunun 29-da Mingəçevir şəhər sakini Xalid Əliyev mübahisə zəminində keçmiş arvadı Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Nəbiyeva orada ölüb.

    X.Əliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Qeyd edək ki, hadisə Mingəçevir Şəhər Məhkəməsində məhkəmə prosesi zamanı baş verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər