İlham Əliyev Ramil Usubovu və oğlunu təltif etdi

İlham Əliyev Ramil Usubovu və oğlunu təltif etdi
  • Cəmiyyət / Manşet

  • Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər. Təltif edilənlər arasında daxili işlər naziri Ramil Usubov və oğlu Emil Usubov da var.

    Belə ki, general-polkovnik Usubov Ramil İdris oğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə, polis general-mayoru Usubov Emil Ramil oğlu isə "Vətən uğrunda” medalı ilə təltif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər