Mingəçevir İES yanır, "Azərenerji"nin xəbəri yoxdur (AÇIQLAMA)

Mingəçevir İES yanır, "Azərenerji"nin xəbəri yoxdur (AÇIQLAMA)
  • Sosial / Manşet

  • Bu gün səhər saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) ehtiyat transformatorlarının birində yenidən yanğın baş verib.

    Məsələ ilə bağlı "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı Qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisi baş vermiş hadisə ilə bağlı məlumatlı olmadıqlarını bildirib:

    "Bu barədə bizdə heç bir məlumat yoxdur. FHN açıqlama yayıbsa, ona istinad edin".

    Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi "Azərbaycan İES" MMC-nin ərazisində yenidən yanğın baş verməsi faktını təsdiqləyib və yanğının söndürüldüyü qeyd edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər