Hacıbala Abutalıbovun bazarı yandı? - FOTOLAR

Hacıbala Abutalıbovun bazarı yandı? - FOTOLAR
  • Sosial / Cəmiyyət / Manşet

  • Bakının Nərimanov rayonunda, son bir neçə həftə ərzində, tikinti materialları bazarı artıq üçüncü dəfədir ki, yanır.

    Asiya.az virtualaz.org-a istinadən xəbər verir ki, Nərimanov rayonunda yanan tikinti materialları bazarı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsusdur.

    Bundan başqa o da məlum olub ki, bu həmin bazarda il ərzində baş verən 32-ci yanğın hadisəsidir.

    Tikinti materialları bazarında yeni yanğınla bağlı yayılan xəbəri isə FHN təkzib edib.

    Qaynarinfo-nun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.


    Hacıbala Abutalıbovun bazarı yandı? - FOTOLAR
    Hacıbala Abutalıbovun bazarı yandı? - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər