Atmalı olduğunuv evdəki TƏHLÜKƏLİ əşyalar- DSP-dən mebel, masa klyonkası, Teflon qazan-tava...

Atmalı olduğunuv evdəki TƏHLÜKƏLİ əşyalar- DSP-dən mebel, masa klyonkası, Teflon qazan-tava...
  • Maraqlı / Araşdırma

  • Harvard Universitetinin mütəxəssisləri geniş araşdırmaların nəticəsi olaraq, mənzildə yüksək toksiki təsirli əşya və maddələrin siyahısını hazırlayıb.

    Xüsusən körpə uşaq ailələrin diqqət etməli olduğu 10 ən toksiki maddənin siyahısını təqdim edirik:

    1.Qənd

    Ağ ölüm adını alan bu ərzaq Altsheymer və onkoloji xəstəliklərinin günahkarıdır.

    1.Mətbəxdə plastika

    İstənilən plastik lövhə, qablar, qaşıqlar, tavalar, konteynerlər – antipirenlə örtülüb. Bu da toksiki maddədir.

    2.DSP-dən mebel

    DSP mebelin tərkibində evin havasını çirkləndirən formaldeqid maddəsi var. Bu mebel olan otaqda yatmaq təhklükəlidir.

    3.Plastik butulka

    İstənilən plastik butulka, hətta uşaqlar üçün olan da bifenol A adlı toksik maddə daşıyır. Plastik butulkaların təkrar istifadəsi zamanı isə bu maddə 5 dəfə artır. Bifenol prostat xərçəngini aktivləşdirir.

    4.Hava təmizləyici spreylər

    Müasir hava təravətləndirici spreylər, maddələr insan orqanizmi üçün çox zərərlidir. Bu vasitələrin tərkibində olan etilenqlikol və terpen maddəsi insanın ağciyəri, mədəsi üçün neqativ təsir göstərir.

    5.Masada müşəmbə - klyonka

    İstənilən evdə masaya örtülən flanel süfrə-klyonka neyrotoksiki metallar və qurğuşun tərkibli ola bilər. Onlarda olan polivinilxlorid də güclü konserogen maddədir.

    6.Naftalin

    Naftalin tabletləri güvə və həşəratları qova bilər, amma onun tərkibində olan pestisidlər orqanizmimizə də mənfi təsir edir. Xüsusən toksiki zəhərlənmə, miqren, halsızlıq – naftalini sevən qadınların qazandığı simptomlardır.

    7.Maye sabun


    İstənilən maye halında olan gellər, sabunlar triklozan adlı maddə daşıyır ki, bu maddə zərərli bakteriyaları öldürür. Amma orqanizmə lazım olan digər bakteriyaları da məhv edir ki, bu da immun sisteminə zərbədir. Belə maye gigiyenik vasitələr insanı zəilədir.

    8.Sintetik xalçalar

    Daha çox otel, ofis və mağazalarda yerə döşənən sintetik kavrolit və xalçaların üzəri xüsusi toksiki maddə ilə örtülür ki, zərərvericiləri qaçırtsın. Bu xalçaların spesifik qoxusu da olur. Evdə belə xalçaların istifadəsi qəti qadağandır.

    9.Teflon qazan-tava

    Tava dibini yanmaqdan qoruyan teflon örtük bütün ailə üzvlərinin səhhəti üçün inanılmaz zərərlidir. Tava qızdıqca teflon-politetraftoretilen toksiki qaz buxarlandırır ki, bu qaz da yeməyə keçir. Yaxşı olar ki, pulunuzu polad tavaya xərcləyəsiniz. (Medicina.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər