Bakıda alt geyimində intihar edən qızın kimliyi məlum oldu- Video

Bakıda alt geyimində intihar edən qızın kimliyi məlum oldu- Video
  • Olay

  • Bakı şəhəri Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.

    Asiya.az "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntü və xəbər yayılıb.

    Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş.

    "Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı" — deyə şahidlər bildiriblər.

    Məlumata görə, həmin qadın özünü binanın 17-ci mərtəbəsindən atıb: "Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar".

    "Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi" — deyə hadisəni video-lentə alan qonşular bildiriblər.

    İntihar edən qızın şəxsiyyəti müəyyənləşib.

    Asiya.az "lent.az”a istinadən xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində, "Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.

    Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.

    Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

    Qeyd edək ki, hadisə barədə ilk məlumatı Sputnik yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış.

    PAYLAŞ:

    Oxşar xəbərlər