Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular- Foto

Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular- Foto
  • Sosial / Manşet

  • İyulun 18-də Almaniyadan deportasiya olunmuş 50-dən çox Azərbaycan vətəndaşı elə Bakı hava limanında həbs ediliblər. Bu barədə Almaniyada yaşayan siyasi mühacirlərin saytı məlumat yayıb.

    Daha öncə virtualaz.org-un yazdığı kimi, Almaniyanın miqrasiya idarəsi azərbaycanlıları ölkədən kütləvi şəkildə deportasiya etməyə başlayıb. Onların əksəriyyəti Almaniyada qaçqın status almaq istəyiblər və bu məqsədlə Azərbaycanda siyasi səbəblərdən izlənilmələri barədə yalan məlumatlar yayıblar.

    Məlumata görə, iyulun 18-də 51 miqrant çarter reysi ilə Almaniyadan Azərbaycana deportasiya edilib. Bakı hava limanında onları hüquq-mühafizə orqanlarınınm əməkdaşları qarşılayıb.

    Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular- Foto

    Saxlanılanlardan biri Sinan Bayramovdur. O, son dörd il ərzində Almaniyada yaşayıb. Azərbaycan siyasi mühacirlərinin informasiyasına görə, Sinan Bayramovu Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

    Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin məlumatına görə, 2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Readmissiya Sazişinin müddəalarına uyğun olaraq, 50-dən çox Azərbaycan vətəndaşı öplkədən deportasiya edilib.

    Həmin mərkəzdən bildirildiyinə əsasən, deportasiya edilmiş azərbaycanlılar Almaniyanın Bamberq, Valdvassen, Uesburq, Kürten və digər şəhərlərində yaşayıblar
    PAYLAŞ:

    Oxşar xəbərlər