Abşeronda su filtiri satanlarla dava: bir nəfər qətlə yetirildi - FOTO

Abşeronda su filtiri satanlarla dava: bir nəfər qətlə yetirildi - FOTO
  • Hadisə

  • Hadisə rayonun Hökməli kəndi At yalı adlanan yaşayış massivində qeydə alınıb.

    Asiya.az "Report"a istinadən bildirir ki, gün boyu rayon ərazisində su filtiri satan gənclər At yalı yaşayış massivində tanımadıqları gənclərlə mübahisə ediblər. Buna səbəb isə həmin gənclərin firma işçilərinin yanlarında olan 3 xanıma söz atması olub.

    Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

    Hadisə zamanı firma işçisi Bakı şəhər sakini Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Sonuncu çox saylı qan itgisindən dünyasını dəyişib. Qətli törədən şəxs isə saxlanılıb.

    Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri çevik əməliyyat axtarış tədbirləri nəticəsində, hadisə iştirakçıları olan digər şəxslər Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

    Faktla bağlı cinayət işi açılıb, araşıdrmalar davam etdirilir.


    Abşeronda su filtiri satanlarla dava: bir nəfər qətlə yetirildi - FOTO
    Abşeronda su filtiri satanlarla dava: bir nəfər qətlə yetirildi - FOTO
    Abşeronda su filtiri satanlarla dava: bir nəfər qətlə yetirildi - FOTO
    Abşeronda su filtiri satanlarla dava: bir nəfər qətlə yetirildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər